İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Elçin Mirzəzadə ilə mentorluq proqramı çərçivəsində görüşüb.
Bu barədə Bizim.Media KOBİA-ya istinadən xəbər verir.
Görüşdə KOBİA sədri mentorluq proqramının müsabiqə qalibləri üçün faydalı olacağını, bu əməkdaşlığın qaliblərin mövcud potensialının inkişafına, hədəflədikləri istiqamət üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edəcəyinə əminliyini vurğulayıb.
Qeyd olunub ki, mentorluq proqramı çərçivəsində müsabiqə qaliblərinin qazanacaqları təcrübə çalışacaqları sahələr üçün də əhəmiyyətli olacaqdır.
E.Mirzəzadə yeni bacarıqlara yiyələnmək istədiyini və bu baxımdan mentorluq proqramının səmərəli olacağını bildirib.
Bizim.Media