Bu ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 6 milyard 124,1 milyon manat olub.
Bizim.Media xəbər verir ki, bu rəqəmlər Dövlət Statistika Komitəsinin məlumatında yer alıb.
Qeyd olunub ki, cari ilin yanvar-oktyabr aylarında hər bir sakin orta hesabla 611,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 53,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Bizim.Media