Ermənistanda əsgər ölümü qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, hadisə Qeqarkunik rayonunda yerləşən hərbi hissələrdən baş verib.
Bildirilib ki, ölən əsgər 1992-ci il təvəllüdlü, müqaviləli hərbi qulluqçu sıravi Gevork Xaçaturoviç Avetyandır. İlkin məlumata görə, o, silahla davranış qaydalarını pozub, nəticədə özünə atəş açıb. O, bu gün hərbi hospitalda dünyasını dəyişib.
Bizim.Media