"Gəlinlər niyə TikTok-da oturur? Belə başa düşürəm ki, işi-gücü olmayanlardır".
Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişdə deyib.
O, proqrama gələn və xanımının TikTok-da oturduğunu deyən bir kişiyə dəstək olub.
Elgiz bildirib ki, qadınların sözügedən sosial şəbəkədə oturmasına qarşıdır:
"Hərdən yaxşı paylaşımlar olur. Cavan gəlinlərin TikTok-da nə azarı var, başa düşə bilmirəm. Evli, həyat yoldaşı olan qadın, sənin nə işin var orda".
Bizim.Media