Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin illik toplantısı keçirilir.
Bizim.Media xəbər verir ki, iclasda Azərbaycan və Ermənistan Təhlükəsizlik Şuralarının katibləri Ramil Usubovla Armen Qriqoryan da iştirak edir.
Tədbirdə milli, regional və beynəlxalq təhlükəsizliyin aktual problemləri üzrə MDB ölkələri arasında qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsi gözlənilir.
Bizim.Media