İran yük maşınları Zəngəzurda Gorus-Qafan yolunun Azərbaycana aid olan hissəsində qurulan polis və gömrük postlarından keçərkən uzun növbədə dayanırlar.
Bizim.Media bununla bağlı görüntüləri əldə edib.
Qeyd edək ki, Ermənistan hakimiyyəti bu yola paralel olaraq əlavə yol çəkirlər. Ancaq o yol hələ də tam istifadəyə verilməyib və yük maşınları üçün keçərli deyil.
Bu səbəbdən İrana məxsus yük maşınları məcburən bu yoldan istifadə edirlər.
Bizim.Media