İranda baş verən zəlzələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi bu ölkəyə başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin “Twitter” səhifəsində paylaşım edilib.
“İranın cənubunda baş verən güclü zəlzələ xəbərindən çox sarsıldıq. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, bütün yaralananların tezliklə sağalmasını diləyirik”, - deyə qeyd olunub.
Bizim.Media
