Avropada təbii qaz fyuçerslərinin qiyməti 5% artıb.
Bizim.Media xəbər verir ki, bu barədə “ICE Futures” birjasının məlumatlarından məlum olur.
Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın dekabr fyuçerslərinin qiyməti günə 1000 kubmetr üçün 951,3 ABŞ dolları ilə başlasa da, sonradan azalaraq, Bakı vaxtı ilə saat 11.47-də 1000 kubmetr üçün 945 ABŞ dollarına enib.
Qeyd edək ki, təbii qaz oktyabrın 6-da tarixi maksimuma yüksəlmişdi. - 1000 kubmetr üçün 1 937 ABŞ dolları.
Bizim.Media