"Neftçi"nin futbolçusu Emin Mahmudov Azərbaycan millisinin heyətində 8-ci qolunu vurub.
Bizim.Media-nın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi buna Bakıda Qətərə qarşı keçirilən yoldaşlıq matçında nail olub.
Təcrübəli oyunçu görüşün 37-ci və 68-ci dəqiqəsində fərqlənib.
Mahmudov qollardan 6-na cari seçmə mərhələdə, 2-nə isə yoldaşlıq görüşlərində imza atıb.
Bizim.Media