DÇ-2022-nin seçmə mərhələsində bu gün keçiriləcək Xorvatiya - Rusiya oyundan əvvəl insident baş verib.
Bizim.Media “Sport-express” nəşrinə istinadən xəbər verir ki, Xorvatiya polisi Splitdə qonaq komandanın azarkeşlərinin olduğu barı mühasirəyə alıblar. Əyləncə məkanına giriş-çıxışa icazə verilmir.
Bu addımın hansı səbəbdən atıldığı hələ ki, məlum deyil.
Qeyd edək ki, Xorvatiya – Rusiya matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Bizim.Media