Bir neçə gün əvvəl anasını itirən müğənni Zenfira İbrahimovanın sosial şəbəkədə toy məclisindən videosu yayılıb.
Bizim.Media xəbər verir ki, Rusiyada toy məclislərindən birində lentə alınan görüntülərdə Zenfiranın mahnılar səsləndirdiyi əks olunub.
Anasının ölümü ilə bağlı üzücü paylaşımlar edən müğənninin bu davranışı izləyicilər tərəfindən tənqid edilib.
Qeyd edək ki, Zenfiranın anası Ceyran xanım noyabrın 3-də koronavirusdan vəfat edib.
Bizim.Media