“Səbail”in əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Ruslan Qafitullin vəzifəsindən ayrılıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, 2018-ci ildən etibarən “Səbail”in U-17 və U-19 komandalarında, 2021-ci ildən etibarən isə “Səbail-2”də baş məşqçi vazifəsində çalışan Ruslan Qafitullinin klub ilə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub.
Bundan sonra sözügedən komandanı “Səbail-2”də köməkçi məşqçi vəzifəsində çalışan Səbuhi Həsənov çalışdıracaq.
O, 2021-ci ilin dekabr ayının sonunadək komandanın baş məşqçisi vəzifəsini icra edəcək.
Bizim.Media