Gələn il Azərbaycanda əhalinin gəlirlərinin artaraq, 63,3 milyard manata, xərclərinin isə 58,4 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu 2022-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrdə yer alıb.
Layihəyə görə, ölkədə vaksinasiya prosesinin sürətli şəkildə davam etməsi və pandemiya ilə əlaqədar sosial təcrid tədbirlərinin qismən yumşaldılması istehlak tələbinin artması üçün şərait yaradıb.
İstehlakın bərpası əhalinin gəlirlərinin artımı ilə dəstəklənir.
Xatırladaq ki, bu gündən Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə başlanılır.
Xatirə, Bizim.Media