İspaniyada Vətən müharibəsində ölkəmizin tarixi Qələbəsinə həsr edilmiş xüsusi poçt markaları buraxılacaq.
Bizim.Media xəbər verir ki, Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü ilə buraxılan poçt markaları ölkənin Dövlət Poçt və Teleqraf Cəmiyyəti tərəfindən çap edilib.
Üzərində Şuşanın qala qapıları və Azərbaycan bayrağının təsvirləri əks olunan poçt markaları bütün İspaniya ərazisində rəsmi dövriyyəyə buraxılıb.
Bizim.Media