Yayına yeni başlayan "Üç Kuruş" serialı ilə bağlı Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK-ə şikayət edilib.
Bizim.Media türk mediasına istinadən xəbər verir ki, ekran işində qaraçılara qarşı ayrıseçkilik edildiyi və alçaldıcı ifadələr ehtiva edən sözlər işlədildiyi bildirilib.
Etnik qrupun nümayəndələri həyatlarından xəbərsiz olan insanların onlar haqqında ssenari yazması və ekranlaşdırılmasını birmənalı qarşılamayıb.
Onlar ekran işinin yayımdan qaldırılmasını tələb ediblər. Müvafiq qurumlardan verilən açıqlamalarda serialın növbəti bölümlərinin nəzarət altına alınacağı bildirilib.
Qeyd edək ki, ekran işinin baş rollarını Uraz Kayqılaroğlu, Nəsrin Cavadzadə, Ekin Koç və Aslıhan Malbora paylaşır.
Bizim.Media