Ermənistannın paytaxtı İrəvanda 8 uşaq bağırsaq infeksiyası şübhəsi ilə xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır.
Bizim.Media xəbər verir ki, İrəvan Dövlət Tibb Universitetinin aparat rəhbəri Şuşan Danielyan bildiribki, sözügedən uşaqlar 7-11 yaş arasındadır.
Onlar “Muratsan” respublika klinikasına yerləşdirilib.
"Hazırda 5 uşaq stabil ağır vəziyyətdədir, digər 3 uşağın vəziyyəti orta ağırdır", - deyə Ş.Danielyan əlavə edib.
Oral Mədənçi, Bizim.Media