Fransanın PSJ futbol klubunun, Argentina millisinin ulduzu Lionel Messinin Türkiyədə çəkilən fotoları paylaşılıb.
Bizim.Media “Sputnik Türkiyə” nəşrinə istinadən xəbər verir ki, görüntülər qısa zaman kəsiyində trendə çevrilib.
Fındıklı Bələdiyyəsinin sosial media hesabında yerləşdirilən paylaşımda “Lionel Messiyə rayonumuza səfər etdiyi üçün təşəkkür edirik” ifadələri işlədilib.
İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) də "Açılışdan əvvəl bir məni (Messi nəzərdə tutulur) tək çək dedi" qeydi ilə bu tendensiyaya qoşulub.
Bizim.Media