Dağlıq Qarabağda atəşkəs bəyannaməsinin imzalanmasının ildönümü ilə əlaqədar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün konkret tarixi hələ müəyyən edilməyib.
Bizim.Media “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov jurnalistlərin sualını cavablandırarkən “Hazırda konkret anlaşma yoxdur” sözlərini deyib.
Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi “üçlüyün ünsiyyəti” ilə bağlı razılıq əldə olunarsa, bu barədə məlumat verəcəyini vəd edib.
Bizim.Media