Rusiyanın xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi telefon danışığı ilə bağlı açıqlama yayıb.
Nazirlər 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan, Ermənistan liderlərinin üçtərəfli bəyanatının qəbulunun ildönümü ərəfəsində fikir mübadiləsi aparıblar.
XİN rəhbərləri regional və beynəlxalq problemlərin müəyyən aspektlərinə də toxunublar.
Bizim.Media