Ərdoğan İlham Əliyevə zəng etdi - ZƏFƏR GÜNÜ təbriki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Prezident İlham Əliyevə telefonla zəng edib.

Bizim.Media xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan dövlət başçısını Zəfər Günü münasibətilə təbrik edib, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzularını çatdırıb.

Türkiyə Prezidenti Vətən müharibəsində həlak olmuş şəhidlərimizə Allahdan rəhmət diləyib.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev bu Qələbənin qazanılmasında Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın dəstəyini bir daha yüksək qiymətləndirərək, xüsusi olaraq vurğulayıb ki, məhz müharibənin ilk günlərindən Türkiyə Prezidentinin qətiyyətli mövqeyi və bəyanatları bütün dünyaya göstərib ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bütün bunlar xalqımıza və Ordumuza böyük mənəvi dəstək olub.

Dövlət başçısı Türkiyə Prezidentinin bu yaxınlarda Füzuli və Zəngilan rayonlarına səfərinin Azərbaycan-Türkiyə qardaşlığının daha bir təzahürü olduğunu vurğuladı.
 
Dövlət başçıları Qələbənin Azərbaycan-Türkiyə qardaşlığı və birliyinin növbəti bir parlaq səhifəsi olduğunu qeyd etdilər.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə, Azərbaycan ilə Türkiyənin daim bir-birinin yanında olacaqlarına əminlik ifadə edildi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin Tayvan prezidentinin səfərini sərt tənqid etdi

Novosibirskdən Bakıya uçan təyyarə Omsk şəhərinə təcili eniş etdi

Turkish Airlines 18 beynəlxalq istiqamət üzrə uçuşları dayandırır - SƏBƏB

Şəkidə heyvan bazarı fəaliyyətini bərpa edir

İmtahana ayaqqabısının altında telefon keçirtmək istədi

ABŞ dövlət katibi Mayamidə toyda DJ oldu - VİDEO

Fırıldaqçılar uşaqları oyunlar vasitəsilə necə aldadır? - FOTO

Tomsk vilayətində 16 evdən ibarət küçə yandı - VİDEO

Ukrayna Rusiyanın neft daşıyan iki tankerinə zərbə endirdi

BƏƏ hava məkanı ilə bağlı məhdudiyyətləri ləğv etdi

Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib

Robot şou zamanı idarəetmədən çıxdı - VİDEO

XİN əməkdaşları "Bakı Marafonu 2026"da iştirak ediblər

İsrail ordusu yeni qırıcılar alacaq - FOTO

İlham Əliyev Polşa Prezidentini təbrik etdi

Tələbələrə ŞAD XƏBƏR – Bir il gözləməyə ehtiyac qalmayacaq...

İtin “samokat səyahəti” kameraya düşdü – VİDEO

Reuters: Türkmənistanın daxili siyasətində yumşalma var

İran rəhbərləri milyardları gizlətmək üçün beynəlxalq sxemlərdən istifadə edir

Vaşinqton komandanı Yaxın Şərqə göndərdi - Hərbi əməliyyatlar bərpa olunacaq?

Faktiki hava: Bakıda küləyin sürəti güclənib

Bu ölkədə dövlət universitetləri rəqəmsal tələbə biletlərinə keçdi

Uşaq qidasını siçan zəhəri ilə zəhərləyən şəxs TUTULDU

Abşeronda "ucuz torpaq" tələsi: Qanunsuz evlər artır - VİDEO

End of content

No more pages to load

RADİO