Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.
Bizim.Media-nın məlumatına görə, 73 kq-da yer alan idmançının rəqibi almaniyalı Lukas Vennekold olub.
Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə vazari ilə qalib gələn Heydərov 3-cü yeri tutub.
Qeyd edək ki, 81 kq-da Elcan Hacıyev və Hasil Cəfərov 3-cü yer uğrunda mübarizə aparacaq.
Bizim.Media