Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov dünya çempionatında final görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 67 kq-da mübarizə aparan idmançımız İran təmsilçisi Məhəmməd Cavad Rezayini 3:2 hesabı ilə məğıub edərək dünya çempionu olub.
Həsrət Cəfərov bu ilin avqustunda Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında və 1 ay sonra Kazandakı I MDB Oyunlarında qızıl medal qazanıb.
Qeyd edək ki, Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.
Bizim.Media