Oktyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən satılan dolların məbləği sentyabrla müqayisədə azalıb.
Bizim.Media xəbər verir ki, Fondun məlumatına görə, 2021-ci ilin oktyabr ayı ərzində 539,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
2021-ci ilin sentyabr ayı ərzində satılan dolların məbləği isə 565,4 milyon ABŞ dolları olub.
Beləliklə, sentyabr ayı ilə müqayisədə oktyabr ayında Fondun valyuta satışı 25,5 milyon dollar az olub.
Bizim.Media