2021-ci ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 342,1 milyon manat olub.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun 3 milyard 352,7 milyon manatı heyvandarlıq, 3 milyard 989,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə isə 7,3 faiz artıb.
Xatirə, Bizim.Media