Bu ilin ilk 9 ayında “Azergold” QSC-nin ixrac gəlirləri 96,1 milyon dollara bərabər olub.
Bizim.Media İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinə istinadən xəbər verir ki, ötən illə müqayisədə ixracın həcmi 16,5 milyon dollar çox olub.
Belə ki, 2020-ci il müvafiq dövründə QSC 79,6 milyon dollar ixrac həyata keçirib.
Xatirə, Bizim.Media