Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən Daşkəsən rayonunda yeni seysmik stansiyanın quraşdırılması işləri başa çatdırılıb.
Bu barədə Bizim.Media-ya AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata görə, İsmayıllı rayonunun Zərnava kəndində isə yeni seysmik stansiyanın quraşdırılması üçün ilkin bünövrə işləri görülüb.
Qeyd edək ki, beynəlxalq qrant layihəsi çərçivəsində mərkəz tərəfindən respublika ərazisində 22 seysmik stansiya quraşdırılacaq.
Bununla da ölkə ərazisində seysmik stansiyaların sayı 84-ə çatacaq. Seysmik stansiyalar şəbəkəsinin genişləndirilməsi respublika ərazisində aparılan seysmik tədqiqatların keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Bizim.Media