Azərbaycanın qeyri-neft məhsulları üzrə Ukrayna və Çinə ixracının həcmində azalma olub.
Bizim.Media İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinə istinadən xəbər verir ki, Ukraynaya ixracımızda azalma kifayyət qədər böyük olub.
Belə ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Ukraynaya 36,2 milyon dollarlıq məhsul ixrac olunub.
Halbuki 2020-ci ilin müvafiq dövründə ixrac olunan məhsulların dəyəri 280,5 milyon dollara bərabər idi.
Cinə ixrac olunan məhsullara gəlincə, qeyd olunan dövrdə 27,4 miyon dollarlıq məhsul ixrac olunub. Əvvəlki ilin müvafiq dövründə isə ixracın dətyəri 33,4 milyon dollara bərabər olub.
Xatirə, Bizim.Media