2021-ci ilin ilk 9 ayı ərzində Azərbaycanın ixracı 14,6 milyard dollar təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”-nın oktyabr sayında yer alıb.
İcmala görə, qeyri-neft sektoru üzrə ixrac 1,8 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 525,3 milyon dollar və ya 40,9% artıb.
Xatirə, Bizim.Media