“Mərkəzi Bankın özünün rəqəmsal valyutasının yaradılması layihəsi üzərində işlər gedir”.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Baş bankir bildirib ki, hazırda rəqəmsal valyutanın mövcud bank sektoruna ciddi təsirləri araşdırılır:
“Biz bu istiqamətdə bir sıra ölkələrlə, onların Mərkəzi Bankları ilə əməkdaşlıq qurmuşuq. Bununla bağlı bir layihə mövcuddur. Biz hiss edirik ki, bu perspektivli istiqamətdir. Hər keçən gün daha çox sayda Mərkəzi Banklar bu istiqamətdə çalışırlar. Bəziləri isə öz konsepsiyalarını yaradıblar. Biz də ilkin addımda bu konsepsiyanı yaratmaq fikrindəyik. Bu, növbəti illərdə planlaşdırdığımız mühüm layihələrdən biridir”.
Bizim.Media