Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-polkovnik Sergey İstrakov Ermənistanda rəsmi səfərdədir.
Bizim.Media xəbər verir ki, o, İrəvanda Baş nazir Nikol Paşinyanla görüşüb.
Tərəflər iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, görüş 1 saat davam edib və hərbi-siyasi vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb.
Bizim.Media