Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yol təsərrüfatına 572,2 min manat məbləğində maddi ziyan dəyib.
Bizim.Media bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, 405,7 min manatı ödənilib.
Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə sığorta şirkətlərə, 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtomobillərin sığortası olmadığına görə məhkəmələrə, 56 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların tapılması məqsədilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.
Bizim.Media