Xəbər verdiyimiz kimi “Barselona”nın baş məşqçisi Ronald Kuman istefa verib.
Bizim.Media-nın məlumatına görə, bu vəzifəyə ən real namizəd isə “Əl-Sədd” klubunun çalışdırıcısı Xavi Ernandesdir.
Kataloniyalılar sabiq kapitanı ilə danışıqlara başlayıb. Hər şey “Əl-Sədd” rəhbərliyinin qərarından asılıdır.
Qeyd edək ki, “Barselona” hazırda La Liqada 15 xalla 9-cu pillədə qərarlaşır.
Bizim.Media
