Bu ilin yanvar - sentyabr aylarında Azərbaycandan magistral neft kəmərləri ilə 26 milyon 170,6 min ton neft nəql edilib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 74,8 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.
Bu kəmər vasitəsilə 19 milyon 566,4 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 2 milyon 522,1 min ton tranzit nefti də nəql edilib.
Xatirə, Bizim.Media