Azərbaycanla Dünya Bankı arasında yeni MÜQAVİLƏ - DETALLAR

0:00
0:00

27 oktyabr 2021 – ci il tarixində Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Regional Yollar və İnkişaf Layihəsi” üzrə kredit ayrılmasına dair müqavilə imzalanıb.

Bizim.Media xəbər verir ki, 65 milyon ABŞ dolları məbləğində olan kredit sazişini Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov və Dünya Bankı tərəfindən Azərbaycan üzrə ölkə meneceri Sara Maykl imzalayıb.

Cəlb olunan kredit Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yoluna alternativ olan mövcud Yenikənd-Biləsuvar hissəsinin ikinci texniki dərəcəyə uyğun olaraq yenidən tikilməsi, yolun səmərəliliyi, təhlükəsizliyi, yeni yol xidmətlərinin keyfiyyətinin artırılması, yol ətrafında logistika və bazar infrastrukturunu idarə etmək üçün modelin yaradılması və digər texniki yardımların təmin edilməsi işlərinə yönəldiləcək. Layihənin həyata keçirilməsi ilə ölkənin cənubundakı Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat bağlantısı təmin ediləcək və bazara çıxışı yaxşılaşdırılacaq.

Bu marşrut boyunca yaşayan insanlar təkmilləşdirilmiş yol infrastrukturundan, iqtisadi imkanlardan və əsas xidmət obyektlərindən asanlıqla istifadə etmək imkanı əldə edəcəklər.

İmzalanma mərasimində Dünya Bankı Qrupunun Azərbaycanda həyata keçirilən inkişaf proqramlarına verdiyi davamlı dəstək yüksək qiymətləndirilib.

Samir Şərifov Azərbaycan ilə Dünya Bankının uzunmüddətli və strateji tərəfdaşlığından məmnunluğunu ifadə edərək hökumətin həyata keçirdiyi bir sıra mühüm layihələrə bankın göstərdiyi maliyyə dəstəyini qeyd edib. Maliyyə naziri bildirib ki, Dünya Bankı ilə müştərək maliyyələşdiriləcək layihənin məqsədi Salyan-Biləsuvar yolu boyu təhlükəsiz, səmərəli, iqlim dəyişkənliyinə qarşı dayanıqlı hərəkəti təmin etməkdir.
 

Etibarlı tərəfdaşlar kimi Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyini vurğulayan ölkə meneceri Sara Maykl həyata keçiriləcək yeni layihənin də Azərbaycanın milli inkişaf prioritetlərinə çatmasına kömək edəcəyinə əminliyini ifadə edib.


Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı layihələrə ümumilikdə 4 milyard ABŞ dolları vəsait ayırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

III MDB Oyunları: Boks yarışlarına start verildi - FOTO

III MDB Oyunları: Boks yarışlarına start verildi - FOTO

“Fəxri adlar ləğv olunsun, bazara çevirdilər” - Rasim Balayev

“Fəxri adlar ləğv olunsun, bazara çevirdilər” - Rasim Balayev

Azərbaycanda ayaqqabı istehsalı ARTIB

Azərbaycanda ayaqqabı istehsalı ARTIB

Kollecdə rus bölməsində Azərbaycan dilində tədris aparılır? - RƏSMİ AÇIQLAMA

Kollecdə rus bölməsində Azərbaycan dilində tədris aparılır? - RƏSMİ AÇIQLAMA

Mustafa Mehmandarov yeni vəzifəyə TƏYİN EDİLDİ

Mustafa Mehmandarov yeni vəzifəyə TƏYİN EDİLDİ

SON DƏQİQƏ! Cabir İmanov vəfat etdi

SON DƏQİQƏ! Cabir İmanov vəfat etdi

Türkiyədə istilik elektrik stansiyası yanır - VİDEO

Türkiyədə istilik elektrik stansiyası yanır - VİDEO

Üzeyir Zeynalov vəzifəsindən GETDİ

Üzeyir Zeynalov vəzifəsindən GETDİ

Çin "TikTok"u niyə ABŞ-yə satmağa razı oldu? - AÇIQLAMA

Çin "TikTok"u niyə ABŞ-yə satmağa razı oldu? - AÇIQLAMA

Stolüstü tennisçimiz gümüş medal QAZANDI

Stolüstü tennisçimiz gümüş medal QAZANDI

Beş il öncə bu gün - 29 sentyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ - ADLAR

Beş il öncə bu gün - 29 sentyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ - ADLAR

DYP sürücü və piyadalara MÜRACİƏT ETDİ

DYP sürücü və piyadalara MÜRACİƏT ETDİ

Emin Amerikada məşhurlarla görüşdü – FOTO

Emin Amerikada məşhurlarla görüşdü – FOTO

“Fənərbağça”dan inamlı qələbə - VİDEO

“Fənərbağça”dan inamlı qələbə - VİDEO

Baş nazirdən büdcə ilə bağlı QƏRAR

Baş nazirdən büdcə ilə bağlı QƏRAR

Mehriban Xanlarovadan küsülülük iddiasına son qoyan FOTO

Mehriban Xanlarovadan küsülülük iddiasına son qoyan FOTO

Yerin altında dünyanın ən böyük saxta siqaret fabriki AŞKARLANDI

Yerin altında dünyanın ən böyük saxta siqaret fabriki AŞKARLANDI

İlham İsmayılın sərbəst buraxılmasının səbəbi açıqlandı – 1 ay vaxt verildi

İlham İsmayılın sərbəst buraxılmasının səbəbi açıqlandı – 1 ay vaxt verildi

Çoxuşaqlı analar əlavə məzuniyyətə çıxa bilər? – HÜQUQİ İZAH

Çoxuşaqlı analar əlavə məzuniyyətə çıxa bilər? – HÜQUQİ İZAH

“Putin ciddi uğur qazanmır, Rusiyanın iqtisadiyyatı çökür” - İsveçin müdafiə naziri

“Putin ciddi uğur qazanmır, Rusiyanın iqtisadiyyatı çökür” - İsveçin müdafiə naziri

“Qarabağ” – “Kopenhagen” matçı Sərdar Gözüböyükə HƏVALƏ EDİLDİ

“Qarabağ” – “Kopenhagen” matçı Sərdar Gözüböyükə HƏVALƏ EDİLDİ

Prezidentdən Rafiq Məmmədhəsənovla bağlı SƏRƏNCAM

Prezidentdən Rafiq Məmmədhəsənovla bağlı SƏRƏNCAM

İsrail “Məkkə Tauer”i darmadağın etdi – ANBAAN VİDEO

İsrail “Məkkə Tauer”i darmadağın etdi – ANBAAN VİDEO

Sumqayıtda yanan marşrut avtobusu belə söndürüldü – VİDEO

Sumqayıtda yanan marşrut avtobusu belə söndürüldü – VİDEO

End of content

No more pages to load

RADİO