“Ermənistan ordusu Zəngəzurda 25 km geri çəkilib” - Sisyanın keçmiş merindən ETİRAF

“Hazırda türklər Sisyanın inzibati ərazisində, Qara gölün üstündə, İşxanasar hissəsindədir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Sisyanın keçmiş meri Artur Sarkisyan jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, noyabrın 10-dan sonra icma rəhbərlərinə qarşı siyasi təqiblərə başlanmasına səbəb onların Zəngəzuru təhdid edən təhlükələr barədə bəyanatları olub.

“Biz dedik ki, problemləri həll etmək lazımdır ki, mayın 12-dən elə bir vəziyyət yaranmasın ki, türklər sərhədi keçərək torpaqlarımıza piyada daxil olsun. Əgər bu problemlər vaxtında, noyabrın 10-dan sonra həll olunsaydı, mayın 12-də türklər torpaqlarımızı ələ keçirməzdilər və hələ də orada qalıblar”, – deyə Artur Sarkisyan bildirib.

O, keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın dekabrın 17-də icma rəhbərlərinə nə əmr etdiyi, bundan sonra erməni tərəfinin mövqelərini geri çəkməsi və onların azərbaycanlıların nəzarətinə keçməsindən də danışıb.

Onun sözlərinə görə, bu sərəncamdan sonra erməni tərəfi Qorus və Qafan sektorlarındakı mövqelərindən 25 kilometr geri çəkilib.

“İndiki mövqelərimiz bir vaxtlar Qorus, Xndzoresk və Qubatlıda olan mövqelərdən tamamilə geridədir, lakin noyabrın 10-da verilən bəyanatda bu barədə heç nə deyilməmişdi. İndi o ərazilərdə Azərbaycan qoşunları məskunlaşıb”, - deyə Artur Sarkisyan vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"İran aksiyaçılara atəş açsa, biz gələcəyik" - Tramp HƏDƏLƏDİ

"İran aksiyaçılara atəş açsa, biz gələcəyik" - Tramp HƏDƏLƏDİ

Türkiyənin məşhur kanalı bağlandı

Türkiyənin məşhur kanalı bağlandı

200 nəfəri daşıyan qayıq aşdı - Ölənlər var

200 nəfəri daşıyan qayıq aşdı - Ölənlər var

Kredit borcu olanların NƏZƏRİNƏ

Kredit borcu olanların NƏZƏRİNƏ

Beş gün təkbaşına döyüşən Qəhrəman – Natiq Qasımovun doğum günüdür

Beş gün təkbaşına döyüşən Qəhrəman – Natiq Qasımovun doğum günüdür

Şəkidə uşaqların QAR SEVİNCİ – VİDEO

Şəkidə uşaqların QAR SEVİNCİ – VİDEO

Güclü külək Bakıda 9 ağacı sındırdı

Güclü külək Bakıda 9 ağacı sındırdı

Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ

Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ

Azərbaycan Prezidentinin köməkçisi: “Bayden dövründə anlaşılmazlıqlar əlaqələrə zərər vurub”

Azərbaycan Prezidentinin köməkçisi: “Bayden dövründə anlaşılmazlıqlar əlaqələrə zərər vurub”

Ağcabədidə ölən 9 aylıq körpənin atası: "Xəstəxanada hava balonu tapmadı"

Ağcabədidə ölən 9 aylıq körpənin atası: "Xəstəxanada hava balonu tapmadı"

Prezidentin Yeni İl MESAJI - Zəfər, təhlükəsizlik və davamlı inkişaf strategiyası

Prezidentin Yeni İl MESAJI - Zəfər, təhlükəsizlik və davamlı inkişaf strategiyası

Yası BORCLA keçirənlər - Gəncədə ehsan süfrəsi niyə əndazədən çıxıb?

Yası BORCLA keçirənlər - Gəncədə ehsan süfrəsi niyə əndazədən çıxıb?

Şimal bölgəsindən möhtəşəm qar GÖRÜNTÜLƏRİ

Şimal bölgəsindən möhtəşəm qar GÖRÜNTÜLƏRİ

Jurnalist Nailə Əkbərova VƏFAT etdi

Jurnalist Nailə Əkbərova VƏFAT etdi

Qaz kartına niyə pul yükləmək olmur? – Rəsmi AÇIQLAMA

Qaz kartına niyə pul yükləmək olmur? – Rəsmi AÇIQLAMA

Leyla Əliyeva ahıl şəxslərlə GÖRÜŞDÜ –VİDEO

Leyla Əliyeva ahıl şəxslərlə GÖRÜŞDÜ –VİDEO

Xanımı Azərin heç yerdə olmayan kadrlarını PAYLAŞDI - VİDEO

Xanımı Azərin heç yerdə olmayan kadrlarını PAYLAŞDI - VİDEO

Bu ölkədə qızlar 12 yaşdan sonra “gözəgörünməz” olurlar

Bu ölkədə qızlar 12 yaşdan sonra “gözəgörünməz” olurlar

Pula-pul deməyəcək 5 bürc — Bolluq olacaq

Pula-pul deməyəcək 5 bürc — Bolluq olacaq

Azərbaycan Çindən 8 min tabut alıb

Azərbaycan Çindən 8 min tabut alıb

Bakıya ilk qar yağır – VİDEO

Bakıya ilk qar yağır – VİDEO

FCSB klubu "Qarabağ"la oynamaqdan İMTİNA ETDİ

FCSB klubu "Qarabağ"la oynamaqdan İMTİNA ETDİ

Namiqdən etiraf: "Aygün xanımın mənə..."

Namiqdən etiraf: "Aygün xanımın mənə..."

Bakı–Şamaxı yolundakı VƏZİYYƏT – VİDEO

Bakı–Şamaxı yolundakı VƏZİYYƏT – VİDEO

End of content

No more pages to load

RADİO