Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizində yeni yolun təməlini qoydu - YENİLƏNİB - FOTO

Bu gün Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub.i

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verib.
 

O qeyd edib ki, bu yol altı-dörd cərgədən ibarət olacaq. Yolun uzunluğu 81 kilometrdir. Yolun başlanğıcdan 50-ci kilometrədək 51 kilometrlik hissəsini Azərbaycan şirkətləri, əllinci kilometrdən 81-ci kilometrə qədər hissəni isə Türkiyənin “Kolin İnşaat” və “Çingiz İnşaat” şirkətləri işləyir. Türkiyə şirkətlərinin işlədiyi hissədə 6 kilometr uzunluqda tunel tikilir və 7 yol ötürücüsü tikiləcək.


Tunellərin ümumi uzunluğu 6500 metrdir. Hazırda Şuşa şəhərinin girişində olan 4-cü və 5-ci tunellər artıq tikilmişdir. Biri 431 metr, digəri isə 530 metr uzunluğundadır.

Prezident İlham Əliyev: Kəlbəcərdə tunellər inşa edilir, 12 kilometr.

Saleh Məmmədov: Bəli, Azərbaycanda ən böyük tuneli “Çingiz İnşaat” inşa edir, Toğanalı-Kəlbəcər yolundakı Murovdağ tuneli. Bu, Azərbaycanda ən böyük tuneldir, 11 min 600 metrdir. Artıq o tunelin 350 metri qazılmışdır. Şəkilləri var, mən Sizə göstərəcəyəm.

Prezident İlham Əliyev: Bir də Laçın-Kəlbəcər tuneli.

Saleh Məmmədov: Bəli, Qorçu aeroportunun 3,5 kilometrlik Laçın-Kəlbəcər tuneli də var.

Prezident İlham Əliyev: Tunellərin toplam uzunluğu nə qədərdir?

Saleh Məmmədov: Azərbaycanın Qarabağ ərazisində Türkiyə şirkətləri tərəfindən toplam 62 kilometr uzunluqda tunel tikilir. Hazırda Türkiyə şirkətlərində 6587 işçi çalışır. Onların 1832 nəfəri Türkiyə vətəndaşı, 4500 nəfəri isə Azərbaycan vətəndaşıdır. Ümumilikdə Qarabağ zonasında işləyən şirkətlərdə toplam 13 min 280 nəfər çalışır.

Bu gün təməli qoyulacaq yol isə Zəngəzur dəhlizi yoludur. Başlanğıcını dayandığımız bu yerdən götürəcək. Birinci qovşaq budur. Buradan Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir.

Prezident Rəcəb Tayyib Ərdoğan: Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz.

Saleh Məmmədov: Bəli, oradan da o tərəfə keçəcəyik. Allahın köməyi ilə düz İstanbula qədər gedəcəyik, Avropaya qədər gedəcəyik. Allah Sizləri qorusun.
 

Bu yolun üzərində də 3 tunelimiz var. Uzunluğu toplam 3610 metrdir. Hazırda Zəngilan ərazisində dördüncü tunel tikilir. Tuneldə artıq 160 metr iş görülüb. Bu hissədə bütün yolu “Kalyon” şirkəti tikir. Həmin yolun üzərində Zəngilan hava limanı da yerləşir.


Hava limanına gedən yolun 20 kilometrlik hissəsini “Kalyon” şirkəti ilə birlikdə Azərbaycan şirkəti tikir. Bu yolun üzərində rayon mərkəzləri ilə hava limanını birləşdirən 7 qovşaq tikiləcək. Bu qovşaq təməli qoyulan yolun sıfırıncı kilometrində olacaq.

Bu, bizim dayandığımız 6-4 cərgəli Əhmədbəyli-Füzuli ana yoludur. Bu isə, həmin bu qovşaqdan çıxıntılarla Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan da İstanbula gedən yol olacaq, İnşallah. Bu da Əhmədbəyli-Füzuli-Şuşa yolunda gedən tikinti işlərinin şəkilləridir, “Çingiz İnşaat”ın işlədiyi tunellərdir. Burada işlər həm partlatma üsulu ilə gedir, həm də sıxma üsulu ilə.

Hazırda qısa tunellərdə işlərin 45-50 faizi yerinə yetirilib. Bunlar da tikinti vaxtı görülən işlərdir. Biz möhtərəm cənab Prezidentin göstərişi ilə orada tikintiyə qışda başlamışdıq. Bunlar həmin dövrdə çəkilən şəkillərdir.
 

Ümumiyyətlə, Qarabağ zonasında heç vaxt 4-6 cərgəli avtomobil yolu olmamışdır. İlk dəfədir Qarabağda belə yollar tikilir. Bu isə Zəngəzur dəhlizi üzrə “Kalyon” şirkətinin çəkdiyi yollardır. Burada da həyat olmayıb.


Bu yolun mövcud Horadiz yoluna ən uzaq məsafəsi 1,6 kilometr, ən yaxın məsafəsi 200 metrdir. Böyük işlər görülüb, “Kalyon” şirkəti tərəfindən işin demək olar ki, 45 faizdən çoxu yerinə yetirilib. Allahın köməyi ilə gələcəkdə, yəqin ki, 2023-cü ilə qədər bu yolun açılışında da iştirak edərsiniz.

Sonra Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular.

***

Oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyulub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Ərdoğanla Füzuli aeroportunun LENTİNİ KƏSDİ 


Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməlini qoyublar. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir"

"Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir"

DİN ötən sutka ərzində törədilən 72 cinayətin üstünü açıb: 150-dən çox şəxs saxlanılıb

DİN ötən sutka ərzində törədilən 72 cinayətin üstünü açıb: 150-dən çox şəxs saxlanılıb

“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”

“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”

Ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən SUPER QİDA

Ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən SUPER QİDA

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq

Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq

Xətai rayonunda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə olundu - VİDEO

Xətai rayonunda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə olundu - VİDEO

Premyer Liqa klubu aşağı liqa təmsilçisinə UDUZDU

Premyer Liqa klubu aşağı liqa təmsilçisinə UDUZDU

Salyanda tanınmış xanəndə xəstəxanada VƏFAT EDİB

Salyanda tanınmış xanəndə xəstəxanada VƏFAT EDİB

“Hindistan Rusiya neftinin alınması məsələsini özü həll edəcək” — XİN rəhbəri

“Hindistan Rusiya neftinin alınması məsələsini özü həll edəcək” — XİN rəhbəri

Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO

Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO

Bakıda “şar yağışı” izdiham yaratdı - VİDEO

Bakıda “şar yağışı” izdiham yaratdı - VİDEO

Superliqa klubu baş məşqçisi ilə SAĞOLLAŞDI

Superliqa klubu baş məşqçisi ilə SAĞOLLAŞDI

Rubio: "Tramp Xameneyi ilə görüşməyə hazırdır"

Rubio: "Tramp Xameneyi ilə görüşməyə hazırdır"

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

Hikmət Hacıyev: “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir” - VİDEO

Hikmət Hacıyev: “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir” - VİDEO

End of content

No more pages to load

RADİO