"Sakitləşin, məhbus Saakaşviliyə yaxşı baxacağıq!".
Bizim.Media “Sputnik Georgia” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili eks-prezidentin tərəfdarlarına müraciət edərkən səsləndirib.
Xatırladaq ki, bu gün Mixeil Saakaşvilinin Rustavi həbsxanasında elan etdiyi aclıq aksiyasının 26-cı günüdür. Həkimlər onun vəziyyətinin sürətlə pisləşə biləcəyindən ehtiyat edirlər.
Tərəfdarları onun mülki klinikaya, səlahiyyətlilər isə həbsxana xəstəxanasına yerləşdirilməsində israr edirlər.
"Orada hər cür şərait yaradılıb, hətta əlavə olunmayanlar da əlavə edilib. Bütün lazımi avadanlıqlar yerində səfərbər olunub və təbii ki, bütün həkimlər hər şeyə hazırdır", - Qaribaşvili bildirib.
Bizim.Media