İlham Əliyev Xanlıq-Qubadlı yolunun təməlini qoydu – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər.

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma Şərqi Zəngəzur iqtisadi rayonunda tikintisi aparılan avtomobil yolları barədə məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident və birinci xanım “Qubadlı” yarımstansiyasının açılışını etdilər - FOTO


Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Xudafərin-Laçın yoludur.

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən bu yolun uzunluğu 56,4 kilometrdir.

Qubadlı-Eyvazlı avtomobil yolunun uzunluğu 26 kilometr, eni 3,5 metr olacaq. Qubadlı-Xınzirək avtomobil yolunun isə uzunluğu 23,5 kilometr, eni 3,5 metr olacaq. Hər iki yol iki hərəkət zolaqlı inşa edilir.
 

Bu yollar Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində tikilir. Xudafərin-Laçın avtomobil yolunun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 14 kilometr uzunluğunda yeni avtomobil yolu inşa ediləcək.


Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağın inkişaf planı nəzərə alınmaqla Xudafərin-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları dörd hərəkət zolaqlı olacaq.

Yeni inşa olunan yollar işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, bu rayonların 30-dan çox yaşayış məntəqəsini əhatə edir.

Dövlət başçısı Xanlıq-Qubadlı yolunun təməlini qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda dördmərtəbəli evin yeddinci mərtəbəsi: "İcazə sənədləri yoxdur" – FOTO

Bakıda dördmərtəbəli evin yeddinci mərtəbəsi: "İcazə sənədləri yoxdur" – FOTO

Mədəniyyət Nazirliyindən Cabir İmanovun ölümü ilə bağlı NEKROLOQ

Mədəniyyət Nazirliyindən Cabir İmanovun ölümü ilə bağlı NEKROLOQ

Bu hərbçilər üçün ehtiyatda olmağın yaş həddi ARTIRILIR

Bu hərbçilər üçün ehtiyatda olmağın yaş həddi ARTIRILIR

Cabir İmanovun evinin qarşısında Bəhram Bağırzadənin halı PİSLƏŞDİ – VİDEO

Cabir İmanovun evinin qarşısında Bəhram Bağırzadənin halı PİSLƏŞDİ – VİDEO

Kapital Bank bu il də “Sibos 2025”də öz stendi ilə çıxış edir: beynəlxalq görüşlərə start verilib

Kapital Bank bu il də “Sibos 2025”də öz stendi ilə çıxış edir: beynəlxalq görüşlərə start verilib

"Zala daxil oldu, oturdu və yıxıldı..." - Cabirin ölüm anının şahidi oldu

"Zala daxil oldu, oturdu və yıxıldı..." - Cabirin ölüm anının şahidi oldu

Arzuxan Əlizadə yenidən sədr SEÇİLDİ

Arzuxan Əlizadə yenidən sədr SEÇİLDİ

Şən bakılı oğlanların kədərli AQİBƏTİ – Ürəkləri ilə sınağa çəkildilər...

Şən bakılı oğlanların kədərli AQİBƏTİ – Ürəkləri ilə sınağa çəkildilər...

“Xəzər dənizində suyun səviyyəsi daha da azalacaq” - Muxtar Babayev

“Xəzər dənizində suyun səviyyəsi daha da azalacaq” - Muxtar Babayev

Zamiq Hüseynov: “Dünən bir yerdə toyda idik” - FOTO

Zamiq Hüseynov: “Dünən bir yerdə toyda idik” - FOTO

Bakıda uşaq özünü maşının üstünə atdı - VİDEO

Bakıda uşaq özünü maşının üstünə atdı - VİDEO

Lalə Azərtaş Cabir İmanovdan YAZDI: “İki gün öncə oğlu ilə görmüşdüm...”

Lalə Azərtaş Cabir İmanovdan YAZDI: “İki gün öncə oğlu ilə görmüşdüm...”

Ləzə kəndini iki hissəyə bölən palçıq selinin SƏBƏBİ bilindi – VİDEO/ÖZƏL

Ləzə kəndini iki hissəyə bölən palçıq selinin SƏBƏBİ bilindi – VİDEO/ÖZƏL

Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verildi – VİDEO

Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verildi – VİDEO

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər – VİDEO

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər – VİDEO

Nazir iki yeni prorektor təyin etdi – FOTO

Nazir iki yeni prorektor təyin etdi – FOTO

Cabir İmanovun ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Cabir İmanovun ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Çilləri belə yox edin

Çilləri belə yox edin

İxtisasca hüquqşünas, rütbəsi polkovnik-leytenant idi... – Qəfil dünyasını dəyişən Cabir İmanovun DOSYESİ

İxtisasca hüquqşünas, rütbəsi polkovnik-leytenant idi... – Qəfil dünyasını dəyişən Cabir İmanovun DOSYESİ

Elza Seyidcahan məhkəmədə ifadə verdi

Elza Seyidcahan məhkəmədə ifadə verdi

Qəfil yerə yıxılıb, yarım saata yaxın ürək masajı ediblər...

Qəfil yerə yıxılıb, yarım saata yaxın ürək masajı ediblər...

Ermənistan ordusunun Aprel döyüşləri zamanı mülki əhaliyə vurduğu ZƏRƏR

Ermənistan ordusunun Aprel döyüşləri zamanı mülki əhaliyə vurduğu ZƏRƏR

Cabir İmanovun son paylaşımı diqqət çəkdi – FOTO

Cabir İmanovun son paylaşımı diqqət çəkdi – FOTO

Ürəyi ilə bacarmayanlar hər ilin bu günü YAD EDİLİR

Ürəyi ilə bacarmayanlar hər ilin bu günü YAD EDİLİR

End of content

No more pages to load

RADİO