Ehtiyatda olan Azərbaycan hərçilərinin təlimləri erməni cəmiyyətində qorxu və vahimə yaradıb.
Bizim.Media xəbər verir ki, bu iddia ilə erməni hərbi ekspert Van Ambarçumyan çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təlimlərə 44 günlük müharibədən əvvəl də başlamışdı.
“Sərhəddə Azərbaycan Silahlı Qüvvələrinin çoxsaylı bölmələri toplaşır. Onlar ehtiyatda olan hərbçilərdən istifadə etməyə hazırlaşır, əraziyə çoxlu sayda müxtəlif hərbi texnika gətirilir. Hazırda müharibə ehtimalı yüksəkdir, çünki bölgədəki vəziyyət çox gərgindir”, deyə o, qeyd edib.
Bizim.Media