Yanvar-sentyabr aylarında ölkədə 1516 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 134 ədəd çox minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 268,4 milyon manatlıq məhsul istehsal edilib.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 11,8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 90 faiz azalıb.
Bizim.Media