Gürcüstanda sabiq prezident Mixeil Saakaşvilinin saxlandığı Rustavi həbsxanasının yaxınlığında onun tərəfdarlarının mitinqi keçirilir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Georgia” nəşri yayıb.
Mənbə yazır ki, onlar eks-prezidentin mülki klinikaya köçürülməsini tələb edirlər.
Bundan əvvəl siyasətçi aclıq aksiyasına başlayıb və həbsxana xəstəxanasına yerləşdirilməkdən imtina edib.
Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Gürcüstanda ona qarşı bir neçə cinayət işi başlanıb. Onlardan ikisi üzrə artıq qiyabi hökmlər çıxarılıb.
Bizim.Media
