Litvanın Klaypeda rayonunun meri Rusiyada saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Live” Telegram kanalı yayıb.
Mənbə yazır ki, Bronius Markauskas və daha iki vətəndaş sərhədi keçdikləri üçün tutulub.
Litva sərhədçiləri göyərtəsində üç nəfərin olduğu qayığın Rusiya sərhədini pozduğunu təsdiqləyib.
KİV-in məlumatına görə, məmur balıq tuturmuş.
Bizim.Media
