"Anadolu"nun baş direktoru: “Erməni lobbisinin cəhdləri uğursuz oldu”

"Qarabağdakı qələbə türk dünyasının son illərdəki ən böyük uğurlarından biridir".

Bizim.Media xəbər verir ki, bunu "Anadolu" agentliyinin (AA) İdarə Heyətinin rəhbəri və baş direktoru Sərdar Karagöz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu çərçivəsində təşkil olunan “Türk dünyasının simasında gələcəyi qur” panelində çıxışında deyib.

Karagöz türk dünyasının Qarabağ mövzusunda ideoloji və praktiki baxımdan birlik nümayiş etdirdiyini qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Bakı, İrəvan, Moskva nəyi müzakirə etməyə hazırlaşır? - DETALLAR 


“Biz bəyanatlarımızda maksimum birlik nümayiş etdirməyə çalışdıq. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini əsas hesab edirəm. Bu, birlik yaratmaq üçün atılan bir addımdır və bizim üçün yeni qapılar açır".

Agentlik rəsmisi vurğulayıb ki, Qarabağdakı qələbə təkcə hərbi zəfər deyil, türk dünyasını birləşdirən möhtəşəm və əsaslı qalibiyyətdir: "İkinci Qarabağ müharibəsi 44 gün davam etdi.

Lakin münaqişənin bütün dövrünü, hətta hərbi əməliyyatlar başlamazdan əvvəlki tarixləri də nəzərə alsaq, görərik ki, dünya Azərbaycanın haqsızlıqdan əziyyət çəkdiyini heç vaxt tanımayıb, başqalarının da tanımasına imkan verməyib.
 

Azərbaycan torpaqlarının işğalı ilə bağlı Qərb və Şərq mediasında geniş məqalələr, analitiklər və bəyanatlar olmayıb. Yalnız Türkiyə və Azərbaycanda, bütövlükdə türk dünyasında torpaqların işğalı faktı israrla söylənilib".


Karagözün sözlərinə görə, uzun illər Azərbaycan guya Ermənistana təzyiq edirmiş kimi görünüb:

"Bu, münaqişənin ilk günündən zəfər gününə qədər davam etdi. Lakin siyasi gücümüz və nüfuzumuz qlobal rəqabət fonunda güclənməyə başladı. Hərbi baxımdan güclü olmaq kifayət deyil. Siyasi baxımdan iki ölkənin güclü liderləri - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev ciddi iradə nümayiş etdirdilər".

Baş direktor əlavə edib ki, erməni diasporunun əsas mərkəzi Kaliforniyadadır. İkinci mərkəz Fransada yerləşir. Bu iki mərkəz beynəlxalq mediaya müqavimət göstərməyə başladı. Amma bölgəyə gələn xarici jurnalistlər reallıqları öz gözləri ilə gördülər.

Ermənistanın törətdiyi zorakılığı gördülər, işğal olunmuş torpaqlarda baş verən dağıntıları, həm dinc əhaliyə, həm də tarixi irsə qarşı törədilən cinayətləri fotoşəkillərlə çəkdilər.
 

Nəticədə 44 gündən sonra, qələbə günündə güclü erməni lobbisinin cəhdlərinə baxmayaraq, dünya ictimaiyyətindən heç bir mənfi reaksiya olmadı. Qələbə təkcə döyüş meydanında deyil, həm də informasiya sahəsində qazanıldı”.


Karagözün fikrincə, media Qarabağdakı qələbənin informasiya tərəfini həmişə nəzərə almalı və başqa nə edilə biləcəyini düşünməlidir: “İnanıram ki, Qarabağdakı zəfər sayəsində türk dünyasının əldə etdiyi uğurlar qarşıdakı dövrlərdə də yeni qələbələrin, nailiyyətlərin qapılarını açacaq” (report).

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cənubi Koreyanın sabiq prezidentinin həbsi daha 6 ay uzadılıb

Cənubi Koreyanın sabiq prezidentinin həbsi daha 6 ay uzadılıb

İlham Əliyev və Mehriban Əliyeva Nizami Gəncəvi Mərkəzinin həmsədrinə başsağlığı veriblər

İlham Əliyev və Mehriban Əliyeva Nizami Gəncəvi Mərkəzinin həmsədrinə başsağlığı veriblər

Qəbələdə "Changan" aşdı - VİDEO

Qəbələdə "Changan" aşdı - VİDEO

3 gün əvvəl itkin düşən kişinin meyiti Xudat meşəsindən TAPILDI - ÖZƏL

3 gün əvvəl itkin düşən kişinin meyiti Xudat meşəsindən TAPILDI - ÖZƏL

Cəlilabadın bu kəndləri “ağ örpəyə” BÜRÜNDÜ - FOTO

Cəlilabadın bu kəndləri “ağ örpəyə” BÜRÜNDÜ - FOTO

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu

Türkiyənin ən uzun çayı dondu

Türkiyənin ən uzun çayı dondu

KİV: “Bu il Azərbaycan-Ermənistan normallaşma prosesinin irəliyə daşınması hədəflənir”

KİV: “Bu il Azərbaycan-Ermənistan normallaşma prosesinin irəliyə daşınması hədəflənir”

Qarğa qarıldaması nəyə işarədir? – Dünyanın ən ağıllı quşunun səsində gizlənən HƏQİQƏTLƏR

Qarğa qarıldaması nəyə işarədir? – Dünyanın ən ağıllı quşunun səsində gizlənən HƏQİQƏTLƏR

Azərbaycan bu göstəriciyə görə dünyada 41-ci pillədədir - REYTİNQ

Azərbaycan bu göstəriciyə görə dünyada 41-ci pillədədir - REYTİNQ

Bakıda binanın fasadı uçdu – Anbaan VİDEO

Bakıda binanın fasadı uçdu – Anbaan VİDEO

Azərbaycanda bu məhsulun istehsalı 34 faiz artdı

Azərbaycanda bu məhsulun istehsalı 34 faiz artdı

Putinin iqamətgahına HÜCUM - Moskva görüntüləri yaydı - VİDEO

Putinin iqamətgahına HÜCUM - Moskva görüntüləri yaydı - VİDEO

Rəqsanənin qızı: “Doğma atamı bağışlamayacağam, mənim atam Fazildir” - VİDEO

Rəqsanənin qızı: “Doğma atamı bağışlamayacağam, mənim atam Fazildir” - VİDEO

Cənubi Koreya təyyarəsində həyəcanlı anlar - 122 nəfər...

Cənubi Koreya təyyarəsində həyəcanlı anlar - 122 nəfər...

Mindən artıq kişiylə sevişəndən sonra Tanrıya sığındı

Mindən artıq kişiylə sevişəndən sonra Tanrıya sığındı

Qarlı hava BU TARİXƏDƏK davam edəcək

Qarlı hava BU TARİXƏDƏK davam edəcək

"İran aksiyaçılara atəş açsa, biz gələcəyik" - Tramp HƏDƏLƏDİ

"İran aksiyaçılara atəş açsa, biz gələcəyik" - Tramp HƏDƏLƏDİ

Türkiyənin məşhur kanalı bağlandı

Türkiyənin məşhur kanalı bağlandı

200 nəfəri daşıyan qayıq aşdı - Ölənlər var

200 nəfəri daşıyan qayıq aşdı - Ölənlər var

Kredit borcu olanların NƏZƏRİNƏ

Kredit borcu olanların NƏZƏRİNƏ

Beş gün təkbaşına döyüşən Qəhrəman – Natiq Qasımovun doğum günüdür

Beş gün təkbaşına döyüşən Qəhrəman – Natiq Qasımovun doğum günüdür

Şəkidə uşaqların QAR SEVİNCİ – VİDEO

Şəkidə uşaqların QAR SEVİNCİ – VİDEO

Güclü külək Bakıda 9 ağacı sındırdı

Güclü külək Bakıda 9 ağacı sındırdı

End of content

No more pages to load

RADİO