PSJ-nin hücumçusu Lionel Messi həmyerlisi Mauro İkardi ilə eyni komandada oynamaq istəmir.
Bizim.Media xəbər verir ki, İkardi ilə fikir ayrılığı yaşayan 34 yaşlı ulduz rəhbərliyə bununla bağlı öz təklifini də edib.
O, 28 yaşlı oyunçunun “Barselona”ya təklif olunmasını, əvəzində digər həmyerlisi Serxio Aqueronun gətirilməsinin tərəfdarıdır.
Qeyd edək ki, Messinin istəyilə İkardi uzun müddət Argentina yığmasına çağırılmayıb. Buna səbəb İkardinin argentinalı digər futbolçu Maksi Lopezin həyat yoldaşı Vanda Nara ilə eşq münasibəti yaşayıb, sonra evlənməsi olub.
Bizim.Media