Bu ilin sentyabr ayında Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 710 mln. manat həcmində ödəniş həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı açıqlayıb.
Bu rəqəm indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir. Əvvəlki rekord avqustda qeydə alınıb – 505 mln. manat.
Avqust ayı ilə müqayisədə 40,6%, ötən ilin avqust ayı ilə müqayisədə isə 2,2 dəfə artıb.
Qeyd edək ki, cari ilin ilk doqquz ayında əhali bank kartları vasitəsilə elektron ticarətdə 3,988 mlrd. manatlıq ödəniş edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50,5% çoxdur.
Bizim.Media