İran Şəhid və Qazilər Fondunun baş katibi şəhid övladının fondun binası önündə özünü yandıraraq canına qıydığını qeyd edib.
Bizim.Media "İRNA" ajansına istinadən xəbər verir ki, həmin şəxs fonda müraciət edib, daha sonra onun məsələsi incələnməyə alınıb.
Habelə qeyd olunur ki, qeyd olunan şəxs öncə binanın damına çıxaraq, intihar etməyə cəhd edib, ancaq ilkin tədbir görülərək intiharın qarşısı alınıb.
Daha sonra isə o, fondun binası önündə özünü yandırmağa başlayıb.
Baş katibin söylədiyinə görə o, təcili xəstəxanaya çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, intihar etmək istəyən şəxsin bədəninin 70-80 faizi yanıb və vəziyyəti ağır olduğu üçün Şiraz xəstəxanasına aparılacaq.
Bizim.Media