ABŞ doğurdanmı müharibə istəyir? - Pentaqon rəhbərini Kiyevə gətirən SƏBƏB

Co Baydenin hakimiyyətə gəlməsi ilə Ağ Ev siyasətində Moskvaya qarşı sezilən sərt ritorika son günlərdə özünü daha bariz formada nümayiş etdirməkdədir. Belə ki, Pentaqon rəhbəri Lloyd Austinin oktyabrın 19-da Ukraynaya rəsmi səfəri çərçivəsində ölkənin müdafiə naziri Andriy Taranla görüşdən sonra keçirilən mətbuat konfransında Kremlin ünvanına səsləndirdiyi sərt ittihamlar ciddi narahatlıq doğurub. 

Xüsusilə də, Austinin Rusiyanı Krımı işğalı və Donbasda münaqişənin əsas banisi olaraq adlandırması və sülh danışıqlarından boyun qaçırmaqda günahlandırması regionda vəziyyətin yenidən gərginləşməsi ehtimallarını ortaya çıxarıb. Ələxsus da, məhz görüşün keçirildiyi gün Amerika qırıcı təyyarələrinin Qara dəniz üzərində uçuşlar həyata keçirməsi qeyd olunan ehtimalları daha da gücləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan ABŞ müdafiə nazirini qarşılamağa hazırlaşır - VİDEO


Digər maraqlı nüans isə, Austinin səfər gündəliyi ilə bağlıdır.

Belə ki, Pentaqon rəhbəri Ukrayna səfərindən öncə Tiflisi ziyarət edərək, Gürcüstanın müdafiə naziri ilə də görüş keçirmişdi. Burada da ABŞ hər zamankı kimi quru vədlərlə Rusiya qarşısında rəsmi Tiflisin mövqeyini dəstəkləmək yerinə, detalları ictimaiyyətə açıqlanmayan ikitərəfli təhlükəsizlik memorandumunun imzalandığını elan etdi. Bundan əlavə, Austinin Kiyevdən sonra Ruminayaya da səfər etməsi planlaşdırılır və Vaşinqton rəsmisinin Şərqi Avropa ölkələrinə səfərləri oktyabrın 21-22-də Brüsseldə keçiriləcək NATO ölkələrinin müdafiə nazirlərinin sammitindən öncəyə təsadüf edir.

Və diqqətdən yayınmamalı olan digər önəmli nüans isə Moskva cəbhəsindən gəlib. Belə ki, Austinin sərt açıqlamalarından cəmi bir neçə saat sonra Rusiyanın dövlət mətbaut orqanı olan “ria novosti”də Sergey Lavrovun “Ukrayna məsələsində ABŞ-la dialoqu bərpa etdik” açıqlaması ictimaiyyətə elan olunub. Sözügedən dialoqun ABŞ dövlət katibinin müavini Viktoriya Nulandla görüş zamanı bərpa olunduğunu və Nulandın Kreml səfərinin oktaybrın 11-12-də baş tutduğunu nəzərə alsaq, Lavrovun görüşdən bir həftədən çox vaxt keçdikdən sonra bu informasiyanı mətbuata açıqlaması daha böyük maraq doğurub.

Ağ Evin üzünü Şərqi Avropaya tutmasının səbəbləri
 

Təbii ki, daha əvvəl də Vaşinqton Rusiya qarşısında Ukrayna və Gürcüstan kartlarını oynamaqla problemli məsələlərdə mövqeyini dəfələrlə ortaya qoyub. Lakin bunlar o qədər də ciddi nəticələr verməyib.


İndiki situasiyada bu mövzuların yenidən qabardılmasının səbəbləri ilə bağlı ekspertlərin açıqlamaları isə iki önəmli nöqtəyə diqqəti yönəldib:

1. ABŞ regionda itirdiyi nüfuzunu yenidən qaytarmaq istəyir. Belə ki, Azərbaycanın Qarabağda qələbəsindən sonra regionda rəsmi Bakının yaratdığı yeni geosiyasi reallıq Ağ Evin bölgədən kənar qalmasına gətirib çıxarıb. Bundan əlavə, rəsmi Ankara ilə “F-35”-lər məsələsindən sonra ABŞ NATO-nun bölgədəki əsas gücü olan Türkiyə ilə də münasibətlərdə problemlər yaşayır. Belə olan halda, Ağ Evin regionda itirdiyi nüfuzunu Gürcüstan və Ukryana kartları ilə gücləndirmək istəməsi başa düşüləndir.

2. Vaşinqtonun Əfqanıstan uğursuzluğunu unutdurmaq niyyəti. Belə ki, Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra Talibanın hakimiyyətə gəlməsi Bayden administrasiyasını amerikalıların böyük əksəriyyətinin tənqid hədəfinə çevirib. Təsadüfi deyil ki, məhz bu hadisədən sonra ABŞ prezidentinin siyasi reytinqi ölkə tarixində ən aşağı faizlərə qədər geriləyib. Bu səbəbdən də, Baydenin itirdiyi reytinqini kompensasiya etməsi üçün yeni variantlar ortaya atması vacibdir.

Austinin səfərindən sonra regionu nə gözləyir?
 

Ümumilikdə isə, istər Austinin açıqlamasında qabartdığı sülh danışıqları məsələsini, istərsə də, Lavrovun ABŞ-la dialoq fikirlərini nəzərə alsaq, Donbas məsələsində diplomatik addımların atılmasının daha real variant olduğunu qeyd edə bilərik. 


Lakin regionda lokal gərginliklərin baş verməsi də istisna edilmir. Xüsusilə də, rusiyalı politoloqlar ABŞ-ın verdiyi dəstəyin Qara dənizdə, daha dəqiqi isə Kerç boğazında müəyyən təxribatların baş verməsi ehtimallarını artırdığı qənaətindədirlər.

Bunlardan əlavə, Ağ Evin yaxın dövrdə Ukrayna və Gürcüstanın NATO ilə inteqrasiyasına mühüm diqqət yetirəcəyini də proqnozlaşdıra bilərik.

Lakin ümumilikdə, indiki situasiyada və yaxın perspektivdə genişmiqyaslı hərbi əməliyyatların baş verməsi o qədər də real görünmür.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ronaldo yenidən yaşıl meydanlarda

Ronaldo yenidən yaşıl meydanlarda

"Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir"

"Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir"

DİN ötən sutka ərzində törədilən 72 cinayətin üstünü açıb: 150-dən çox şəxs saxlanılıb

DİN ötən sutka ərzində törədilən 72 cinayətin üstünü açıb: 150-dən çox şəxs saxlanılıb

“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”

“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”

Ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən SUPER QİDA

Ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən SUPER QİDA

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Rubio: “İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək”

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Azarkeşlərin "vəfasızlığından" ŞİKAYƏTLƏNDİ

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

Sumqayıtda YOL QƏZASI - Sürücü belə xilas edildi - VİDEO

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq

Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq

Xətai rayonunda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə olundu - VİDEO

Xətai rayonunda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə olundu - VİDEO

Premyer Liqa klubu aşağı liqa təmsilçisinə UDUZDU

Premyer Liqa klubu aşağı liqa təmsilçisinə UDUZDU

Salyanda tanınmış xanəndə xəstəxanada VƏFAT EDİB

Salyanda tanınmış xanəndə xəstəxanada VƏFAT EDİB

“Hindistan Rusiya neftinin alınması məsələsini özü həll edəcək” — XİN rəhbəri

“Hindistan Rusiya neftinin alınması məsələsini özü həll edəcək” — XİN rəhbəri

Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO

Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO

Bakıda “şar yağışı” izdiham yaratdı - VİDEO

Bakıda “şar yağışı” izdiham yaratdı - VİDEO

Superliqa klubu baş məşqçisi ilə SAĞOLLAŞDI

Superliqa klubu baş məşqçisi ilə SAĞOLLAŞDI

Rubio: "Tramp Xameneyi ilə görüşməyə hazırdır"

Rubio: "Tramp Xameneyi ilə görüşməyə hazırdır"

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - VİDEO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb - FOTO

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Prezident ailəsinin Münxendən səmimi FOTOLARI

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Prezident Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin rəsmisi ilə görüşüb

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

Müğənni Xana gəlin KÖÇÜR - VİDEO

End of content

No more pages to load

RADİO