Peyvənd olunmayan Azərbaycan vətəndaşları həm hava yolu, həm də quru yolu ilə PCR testinin mənfi nəticəsi ilə Gürcüstana gedə biləcəklər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Gürcüstan mətbuatı yayıb.
Mənbə yazır ki, ölkədə olduqlarının üçüncü günündə Gürcüstan klinikalarından birində təkrar testdən keçməli olacaqlar.
Bu fürsətdən Ukrayna, Qazaxıstan, Rusiya, Belarus, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan və bir sıra digər ölkələrin vətəndaşları istifadə edə bilərlər.
PCR testindən keçməyənlər ölkəni tərk edərkən 2 min lari cərimə (1086 manat AZN) ödəməlidirlər.
Bizim.Media