“Maliyyə sektorunun qarşısına olduqca ciddi vəzifələr qoyulub. Odur ki, bu sahədə çox ciddi islahatlar aparılacaq”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov “Yelo Bank” ASC-nin yeni Baş ofisinin açılış mərasimində jurnalistlərə açıqlamasında bildirib.
“Bank sektoru, hər bir maliyyə institutu qarşıdakı dövrdə korporotiv inkişafı, korporotiv idarəetmə standartlarının tətbiq ediməsi, insan kapitalının inkişafı, daxili bilik-bacarıqlar, ekspertiza imkanlarını, daxili texnoloji, tədqiqat və proqnozlaşdırma bazalarını ciddi şəkildə artımaq üzərində düşünməlidir", deyə o, qeyd edib.
Bizim.Media