Ötən ilin yanvar-sentyabr ayı ilə müqayisədə cari ilin ilk 9 ayında mühüm məhsul növlərindən məişət kondisionerlərinin idxalı 1,3 faiz, paltaryuyan maşınlar 39,1 faiz, mebellər 35,8 faiz, məişət soyuducuları isə 27,4 faiz artıb.
Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında hesablama maşınları, blok və qurğularının idxalında isə 19,7 faiz artım müşahidə olunub.
Bizim.Media